Tərəfdaşlarımız
Bala malı olaraq ana və uşaq aləminin dünyada tanınmış adları ilə işləyirik. Distibütoru olduğumuz şirkətlər uşaq sahəsində brendə çevrilmiş adlardı. Onların markalarını öz sevimli balalarımıza təqdim eləməkdən qürür duyuruq.
Clever company www.cosmeticmarket.ru Uşaq kosmetikası sahəsində brendə çevrilmiş markalarla diqqətinizə təqdim olunur. “Spiderman” və “Princessa” kimi brendlərlə yanaşı “Panda Kung-Fu”, “Süngər Bob”, “Witch”, “Kapitan Nemo”, “Buz dövrü”, “Madaqaskar” kimi cizgi film qəhrəmanlarının loqo və təsvirləri olan gigiyenik-kosmetik məhsulları göstərmək olar. Assortimentə baş və bədənə qulluq vasitələrilə yanaşı gənc gözəllərimiz üçün dekorativ kosmetika vasitləri və müxtəlif geyimlərə aksesuarlar daxildir.
Haшa мaмa www.nashamama.ru Firmanın ilk əməkdaşlıq elədiyi böyük şirkətlərdən biri. “Haшa мaмa” illərdir Rusiya bazarında öz sözünü demiş və analoqu olmayan uşağa ilk gündən qulluq vasitələridir. “Bala malı” onların yeni xətti olan unikal patentləşdirilmiş formul əsasında hazırlanan “Stopdiatez” diatez və allergiyaya qarşı kosmetik vasitələrin bir də hamilə qadınlar üçün “Mama comfort” seriyasının Azərbaycan bazarına çıxarılmasını təşkil edib. Beləliklə, Azərbaycan alıcısı “Haшa мaмa” məhsullarının hər çeşidilə tanış olub.
Handi craft company www.handi-craft.com Qürür mənbəyimiz. Dünya bazarında 1-ci yerdə olan “Dr. Brown’s” (www.bemby.ru) Amerika istehsalı uşaq qidalanması üçün 1 nömrəli butulka istehsalçısı ilə əməkdaşlıq. Bu butulkalar patentləşmiş unikal ventilyasiya sistemi ilə təmin olunublar. Ventilyasiya sistemi uşaq qidalanarkən butulkada qətiyyən vakuum yaratmır. Beləliklə, uşaq sanki təbii üsulla qidalanır. Bu ventilyasiya sistemi “Dr. Brown’s” butulkalarını dünyada 1 nömrəli brendə çevirib. Bir çox jurnalların keçirdiyi sorğuya əsasən, bu butulkalar illər boyu “yeni doğulmuş körpələrə ən gözəl hədiyyə” hesab olunub. Butulkalardan əlavə “Bala malı” “Dr. Brown’s” məhsullarını bütün çeşid genişliyilə satışını təşkil edib.
Elif cosmetic www.elifcosmetics.com Türkiyənin öndə gedən nəm salfet istehsalçılarından olan elif cosmeticslə əməkdaşlıq balalarımızı çox sevindirir. Çünki onlara dünyanı kəşf eləmək üçün lazım olan bu nəm salfetlər sevimli cizgi film qəhrəmanlarının adlarını daşıyır: Spiderman, Süngər Bob, Bratz, Winx. Idil markası adı altında gedən bu nəm salfetlərdən başqa Babyish və Pearly kimi Türkiyədə artıq markaya çevrilmiş adlar da bizim bazarda mövcuddur. Bu çeşid genişliyindən balanıza lazım olanı seçin. Çünki şahzadələrimiz gözəl, qəhrəmanlarımız isə cəsur olmağının əsasında təmizlik durur.
Расти большой
Əziz müştərilərimiz! Daha bir məhsulu Azərbaycana gətirdik. Yəni biz yeni tərəfdaş qazandıq! "РАСТИ БОЛЬШОЙ"! Bu uşaq peçenyeləri istehsal edən şirkətdi. Rusiya bazarında öz layiqli yerini tutmuş peçenyeləri tərəfdaşlığımız sayəsində indi Siz də uşaqlarınıza təklif edə biləcəksiniz. Bu peçenyenin digərlərindən üstünlüyü də var. Bu da tərkibindəki şəkərin azlığıdı. Şəkərin çoxluğu uşağın dişlərilə bərabər formalaşmaqda olan mədə-bağırsaq sisteminə də mənfi təsir göstərir. Ona gorə elə uşaqlıqdan onu aşırı şəkərə öyrətməmək məqsədəuyğundur. Bu məqsədlə "Расти большой" peçenyeləri işinizə çox yarayacaq. Peçenyelərin incə dadını uşaqlarınız, qiymətini isə Siz çox bəyənəcəksiniz. "Расти большой"! Avropa keyfiyyəti münasib qiymətə!
|